Kameron İSETAFA verəcək

Böyük Britaniyanın baş naziri Devid Kameron istefa verəcək.

 AzerTaym.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə baş nazirin özü referendumun nəticələrinin açıqlanmasından sonra etdiyi çıxışında bildirib.

 Böyük Britaniyanın baş naziri bildirib ki, bu ilin oktyabrına qədər öz postunu tərk edəcək.

 “Düşünürəm ki, mənim üçün kapitan olmağa çalışmaq yanlışdır. Ölkənin siyasətində təcili dəyişikliklər olmayacaq. Amma Avropa Birliyi ilə danışıqlar aparmaq üçün yeni hökumət başçısı lazımdır”, - baş nazir bildirib.

 O, bildirib ki, ölkənin Avropa Birliyindən çıxmasını istəyən britaniyalıların iradəsini yerinə yetirmək üçün hər şeyi edəcək.

 Qeyd edək ki, Böyük Britaniyada keçirilən Avropa Birliyində qalıb-qalmamaqla bağlı referendumun nəticələri açıqlandı. Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın AB-dən çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya qurumu tərk edir. 

 






Fikirlər