"Türkiyə avropalaşmaq istəmir, belə bir fikri də yoxdur" — POLİTOLOQ

"Türkiyə avropalaşmaq istəmir, belə bir fikri də yoxdur" — Politoloq

"Türkiyə yalnız 3000-ci ildə Avropa İttifaqının üzvü ola bilər"


Bu sözləri Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib.

Kemeron Türkiyənin yaxın zamanlarda İttifaqa daxil olma ehtimalının çox az olduğunu bildirib.

Böyük Britaniyanın baş naziri Devid Kemeronun səsləndirdiyi fikrə politoloq Zərdüşt Əlizadə Ölkə.Az-da münasibət bildirib:

"Avropa Birliyi çox səmərəli iqtisadi və siyasi quruluşdur. Məsələ ondadır ki, Avropa Birliyinin üzvü olmaq üçün gərək xalq və dövlət Avropa meyarlarına uyğun olsun. Türkiyənin son 10 ildə seçdiyi inkişaf yolu tamamilə Avropanın yolundan fərqlənir. Həqiqətən də Ərdoğan Türkiyəsi Avropaya uyğun deyil və uyğunlaşmayacaq da.

İndiki Avropa 10-15 il bundan əvvəlki Avropa deyil. Avropa İttifaqı böhran içindədir, parçalanma təhlükəsi var, idarəetmə böhranı var. Bütün bunları nəzərə alıb deyə bilərəm ki, Devid Kemeronun sözündə böyük həqiqət var. Türkiyə avropalaşmaq istəmir, belə bir fikri yoxdur. Özünün bənzərsiz, məhz Türkiyəyə məxsus inkişaf yolu var. Bu istiqamətdə də inkişafına davam edəcək".






Fikirlər