2002-ci ildə cənab Blair təklif etmişdi ki, "nə olursa olsun" o ABŞ prezidenti ilə olacaq
ABŞ Böyük Britaniyanı İraq hərbi əməliyyatlarına "çox erkən" sövq etdi, BMT- də olan keçmiş britaniyalı səfir Chilcot hesabatı haqqında danışarkən deyib.
Uzun müddətdir gözlənilən hesabatda deyilir ki, sabiq baş nazir Tony Blair Səddam Hüseyn tərəfindən olan təhlükəni çox şişirdib və hərbi əməliyyat sonuncu həll yolu deyildi.
Böyük Britaniyanın 2003-cü ildə BMT-dəki səfiri, Jeremy Greenstock deyib ki, cənab Blair BMT qətnaməsi ilə əməliyyatların dəstəklənməsini istəmişdi.
O BBC-yə deyib ki, həmin vaxt ABŞ-ın yüksək çinli şəxsləri bunun "zaman itkisi" olduğunu düşünüblər.
Hesabatı hazırlayan cənab John Chilcot deyib ki, 2003-cü il işğalı millət vəkilləri və ictimaiyyətə təqdim olunan "son çarə" deyildi. O, əlavə edib ki, burda Səddam Hüseyn tərəfindən "qaçılmaz təhlükə" yox idi və kəşfiyyat işi "təsdiqini tapmayıb".
Cənab Jeremy deyib ki, ona elə gəlirdi cənab Blair hərbi əməliyyatlara başlamazdan əvvəl bir qədər gözləmək istəyir.
"Mən bunu o vaxtı hiss etdim, Britaniya bunu həmin vaxt hiss etdi, mənə elə gəlir ki, baş nazir də bunu hiss etdi ki, amerikalılar bizi hərbi əməliyyatlara daha erkən sövq etdi", o BBC Radio 4-da "The World Tonight" verilişində deyib.
Cənab Blair münaqişəyə qədər BMT qətnaməsinin olmasına çalışırdı, amma ABŞ rəsmiləri qətnaməyə maraqlı deyildi, o əlavə edib.
"Amerikalılar bu barədə inanclı deyildi, amma baş nazir inanclı idi. O fikirləşirdi ki, hərbi güc tətbiq olunmazdan əvvəl Səddam geri çəkilə bilər."
"Bir müddətə George Bush onunla razılaşdı, amma onun arxasında olan digər insanlar onunla razılaşmadı və düşündülər ki, bu zaman itkisidir."
Həmin dövrdə ABŞ-ın İraqa təyin etdiyi administrator, Paul Bremer, BBC-yə deyib: "10 gün əvvəl mənim milli təhlükəsizlik müşavirim bu məsələni London rəsmiləri ilə müzakirə edib- ona heç bir etiraz təqdim olunmayıb."
Hesabatın nəticələrini şərh edən Britaniyanın sabiq baş naziri Tony Blair deyib ki, "planlaşdırma və prosesdəki səhvlərə görə tam məsuliyyəti" üzərinə götürür.
Cənab Blair əlavə edib ki, həlak olanlara görə təəssüf hissi keçirir, "səhvlərə görə" isə üzr istəyir (BBC).