17.03.2014. - Mirşahin ANS-i qınayanlara coşdu - (Video)

17.03.2014. -  Mirşahin ANS-i qınayanlara coşdu - (Video) Bu dəqiqələrdə bütün dünyanın diqqəti Ukraynaya, daha doğrusu Krıma yönəlsə də mən birbaşa televiziyalarımıza aid olan, hər birimizə toxunan məsələdən başlamaq istəyirəm.

Ukrayna qaçmır ki. Elə Krım da. Amma bizim verilişlər qaçır. Çünki onları qovurlar. Kim? Və niyə? Son zamanlar tez-tez eşitdiyimiz bir mürəkkəb söz birləşməsi var. Doğrudan mürəkkəb. Qatı və hər birimizi asanlıqla bulaşdıran mürəkkəb. Əslində milli mənəvi dəyərlər tam konkret bir sistemdir. Bura daxildir, millətə məxsus bayraq, gerb, himn, ana dili, vətəndaşlıq, dövlət sərhədi, milli valyuta. Təxminən bu qədər. Mənəvi dəyərin isə milliisi, milsizi olmur. Bu halallıqdır, vicdanlılıqdır, imandır, doğruculluqdur. Niderdandda da belədir, Kanadada da, Azərbaycanda da, Tehranda da. Yəni bura yaşlı girəndə ayağa durmadın, uşağını atanın yanında qucağına aldın, yaxud da böyüyün üzünə ağ oldun tipli səthi xüsusiyyətlərin inkişafdan qalaraq oturuşmuş Allah bilir hardan qaynaqlanan nimdaş stereotipləri daxill deyil. Ağsaqqallıq, ağbirçəklik institutu aradan çıxmaqdadır və bunun səbəbi heç də "Adam İçində", "Ümid var", "Səni axtarıram" deyil. Səbəb ağsaqqallığın ağsaqqallar, ağbirçəkliyin ağbirçəklərlə birlikdə dünyadan getməsidir.

Mənəvi dəyər dəyməz

Amma Mirzə Cəlil və Mirzə Ələkbər Sabirin işi elə ağsaqqalları və ağbirçəkləri tərbiyə etməkdən ibarət idi də. Hophopnamə-yə baxın və hamamda yatan ağsaqqallarımızdan feyziyab olun. Və ya çatladı Xanbacı qəmdən ürəyim deyən ağbirçəklərimizdən. Və kim mənə zəmanət verə bilər ki, bu günkü ağsaqqallarımız və ağbirçəklərimiz Mirzə Cəlilin və Mirzə Sabirin ruhunun yeri üçün burnumuzun ucunu göynətmir. Təsəvür edin də, indi Sabir durub hansısa rüşvətxor xoşqeyrəti tənqid etməyəydi ki, böyüyün üzünə ağ olmazlar. Ya da mən nə vaxtsa böyük yazıçı olmuş, sonra da elə ikiqat - üçqat balacalaşaraq boyu bərabərinə alçalmış Əkrəm Əylisliyə toxunmayım... Deməli məsələ heç də milli və mənəvi dəyərlərdə deyil, onların calaq edilmiş, heç Milli Miçurinlərimizin özünə də düz əməlli məlum olmayan Milli-mənəvi olaraq defislənmiş məzmunundadır. Bu isə dəyər deyil, sadəcə soxulcandır, çörək qırıntısı, qurddur… Balıq tutmaq üçün istifadə olunan vasitədir, hiylədir. Bu gün onun taxıldığı qarmaq asanlıqla kiminsə ağzına ilişdirilir. İndi isə bir az da konkret olaq. Cənablar, daha doğrusu yoldaşlar! Biz milli dəyərə - bayrağa, gerbə, himnə, ana dilimizə, dövlət sərhəddimizə, milli valyutamıza ehtiramla yanaşırıq, Mənəvi dəyəri- halallığı, imanı və doğruculluğu təbliğ edirik. Onlara düzlənirik. Milli Mənəvi dəyər müfəttişləri isə elə həmin o defislə millini mənəvidən ayırırlar..............







Fikirlər