XƏYANƏTKAR YÜKSƏK VƏZİFƏLİLƏR və 34 GENERAL HƏBS EDİLİB - ADLAR + FOTOLAR- Yenilənir

 скачанные файлы

Türkiyədə hərbi çevriliş cəhdinə görə Malatyada ikinci ordu komandanı ordu generalı Adəm Huduti, 3-cü ordu generalı Erdal Öztürk və qarnizon komandanı genral-mayor Avni Anqun saxlanılıb.

Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Bundan əlavə Türkiyənin cənub-şərqində üçüncü quru qoşunları diviziyasının komandanı, general Halil İbrahim

Adəm Huduti və Avni Anqun

Adəm Huduti və Avni Anqun

Engin ötən gecə baş verən silahlı çevriliş cəhdində günahka qismində saxlanılıb. “Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Eyni zamanda diviziyasından 2 polkovnik və 1 kapitan saxlanılıb.
Xüsusi əməliyyat zamanı Dənizli qarnizonunun generalı Kamil Azhan Özbakırın da saxlanıldığı bildirilir.

Bundan əlavə Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altan saxlanılıb

Alparslan Altan

Alparslan Altan

Dövlət çevrilişi cəhdi edən keçmiş Havaqüvvələri komandanı, general Akın Öztürkdə saxlanıdıb. İişğtişaşa qalxan Hərbi hava qüvvələrinin əsgərləri də silahlarını təhvil verərək təslim olublar. Akın Öztürkün çevrilişi planlaşdırılanlardan bir olduğu qeyd edilir.

Əməliyyatlar zamanı Huduti ilə general Angundan başqa 4-ü əsgər olmaqla 10 nəfər saxlanılıb, iğtişaşçılara rəhbərlik edən Fatih Kılınç ölü ələ keçirilib.

General Akın Öztürk

General Akın Öztürk

Türkiyədə hərbi çevrilişlə əlaqədə şübhələnən şəxslərin cəzalandırılması prosesi davam edir.
Türkiyə Hakimlər və Prokurorlar Ali Qurumu 5 şura üzvünü vəzifəsinə son verib.
Bundan başqa Qurumun 2-ci dairəsi 2745 hakimin də vəzifəsini dayandırıb.
Apellyasiya məhkəməsinin 1 üzvü, 140 prokuror saxlanılıb.
Hazırda “paralel çete” adı verilən təşkilatla əlaqədə ittiham ounan digər məhkəmə hakimlərinin həbsinə də hazırlıq gedir.

151750_res_01Türkiyənin Balıkəsir yaşayış məntəqəsində yerləşən Hərbi-Hava Qüvvələri bazasının komandiri general-leytenant İshaq Dayıoğlusaxlanılıb.“Anadolu” agentliyinin xəbərinə görə, İshaq Dayıoğlu hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.

Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.

Ümumiyyətlə “Anadolu” agentliyi xəbər verir ki, çevrilişə cəhddə günahkar olan 34 general həbs olunub.






Fikirlər