"İncirlik" bazasının türk komandanı ABŞ-dan sığınacaq istəyib — Şok İDDİA
ABŞ-dan sığınacaq istəmiş İncirlik aviabazasının komandirinin xahişi rədd edilib AzerTaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, Türkiyədəki hərbi çevriliş cəhdində əli olan İncirlik Hərbi Hava Qüvvələri bazasının komandanı Bekir Ercan Van ABŞ-dan siyasi sığınacaq tələb edib. The New York Times qəzetinin məlumatına görə, ABŞ tərəfi onun bu xahişinə rədd cavabı verib. General iyulun 17-də həbs edilib. Xatırladaq ki, İncirlik hərbi hava bazasından uçuşlar qadağan edilib və bazanın ətrafındakı hava məkanı bağlı elan olunub. Bazada hökumət əleyhinə qiyamda iştirak edənlərin saxlanılması üzrə xüsusi əməliyyat keçirilib.