Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi- XALİQ MƏMMƏDOV
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi. Gununsesi.info xəbər ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov öz facebook səhifəsində məlumat yazıb. X. Məmmədov bildirib ki, tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyyət də fəaliyyətini davam etdirəcəkdir. Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.