Abdullah Gülün köməkçisi də həbs olundu...

Türkiyənin sabiq Prezidenti Abdullah Gülün köməkçisi general-mayor İsmayıl Güneşer hərbi çevrilişə cəhdlə əlaqədar həbs olunub.

İ.Güneşer Boluda II Desant Alayına komandanlıq edib.

O, Konstitusiyanı pozmaqda və terror təşkilatına üzv olmaqda ittiham olunur.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub. ( trend.az )






Fikirlər