Ərdoğandan MİT şefinə: “Çox PİS İMTAHAN verdiniz”
Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddən sonra ən çox müzakirə olunan mövzu Milli İstihbarat Təşkilatının (MİT) qeyri-peşəkarlığıdır. Prezident Rəcəb Tayyib Ərdoğan “Röyter”ə müsahibəsində bunu açıq şəkildə söyləməsi tənqidləri daha da artırıb. Axar.az xəbər verir ki, prezidentin müsahibəsindən bir gün öncə MİT rəhbəri Hakan Fidanla maraqlı dialoqu olub. Ərdoğan kəşfiyyat şefinə “prosesi idarə edə bilmədiniz, çox pis imtahan verdiniz”, Fidan isə cavabında “nə əmr etsəniz, onu etməyə hazıram”, - deyib.
Qeyd edək ki, çevriliş cəhdinə saatlar qalmış Fidanın Baş Qərargah rəisi Hulusi Akarla görüşməsi, ondan sonrakı müddətdə baş nazir və prezidentlə əlaqə saxlamaqda gecikməsi təşkilat rəhbərinin yaxın günlərdə istefa verəcəyi ilə nəticələnə bilər. Ərdoğanın Türkiyə Silahlı Qüvvələri və MİT-də kadr dəyişikliyinə hazırlaşdığı, lakin keçid müddətində yeni zəiflik yaratmamaq üçün tələsik davranmayacağı iddia edilir.