Jirinovski Sarkisyan haqda: “AYAGIMIZA YIXILIB YALVARACAQ”

“İrəvan heç vaxt Rusiya ilə əməkdaşlıqdan imtina etməyəcək”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski “life.ru” kanalına müsahibəsində İrəvandakı qiyamı şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan kiçik ölkədir və heç bir iqtisadi perspektivə malik deyil.
“Əgər lazım olsa, Rusiya Ermənistandakı hərbi bazasını çıxara bilər. Onlar ayaqlarımıza yıxılıb yalvaracaqlar ki, bazanı qaytarın. Bu baza onların xilasıdır. Buna görə də Ermənistanla bağlı narahat olmağa dəyməz. Onlar heç vaxt bizdən imtina etməyəcək”, - deyə o bildirib.






Fikirlər