Öncədən bilirdin, niyə xəbər vermədin? — NECATİ ŞAŞMAZA çətin sual
AzerTaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, qəzetin köşə yazarı Əli Eyyuboğlu "Kurtlar vadisi" filminin prodüsseri Nəcati Şaşmazı çətin sual qarşısında qoyub. Bundan bir neçə müddət əvvəl filmin yaradıcı heyətinin "Kurdlar vadisi-Darbə" filminin ssenarisini satın aldığı ortaya çıxmışdı. Türkiyənin siyasi həyatındakı bütün hadisələri filmdə bu günə qədər dəqiqliyi ilə əks etdirə bilmiş yaradıcı heyətə və Nəcati Şaşmaza çətin sual soruşulub: Yazar məqalsəində filmin yaradıcı heyəti barəsində maraqlı açıqlamalar və iddialar verməklə onları şübhə altına alıb."13 ildir kökü xaricdə olan " üstün zəkalı" ssenarist ola biləcək hadisələrin ssenarisini "Qurdlar vadisi" heyəinə təqdim edir. İlk başda bu bir mafiya filmidir deyə başladılar, halbuki bu filmin zaman içində hansı mğvzuları göz önünə sərdiyi ortadadır Çevriliş cəhdindən 2 ay öncə "Qurdlar vadisi-Darbə"nin senarisi ssatın alınıb, 15 iyul hadisələrindən sonra ictimai təzyiq altında bu barədə açıqlama verməsi çox qəribə deyilmi ?",-deyə müəllif yazıb. Nəcati Şaşmaz iki ay öncə "Qurdlar vadisinin" yeni bir seriyanın çəkiləcəyi barədə xəbər vermişdi. Onun məhz "Darbə" filmi olub-olmaması barədə isə açıqlama verməmişdi.
"Madam ki, may ayında bilirdiniz, nədən dövlət başçısına və digər səlahiyyətli şəxslərə xəbər vermədiniz?".