SShow TV ``Kurtlar Vadisi Pusu``nu transfer etməkdə qərarlıdır

SShow TV ``Kurtlar Vadisi Pusu``nu transfer etməkdə qərarlıdırEkranların ən uzun nəfəsli seriallarından biri olan "Kurtlar Vadisi Pusu" yeni mövsümdə yeni TV ekranlarında tamaşaçıların qarşısına çıxacaq. Türkiyə mətbuatının verdiyi məlumata görə, daha əvvəl Kanal D, ATV, TNT və Star TV-də yayımlanan Vadi 11 il sonra doğulduğu kanala geri dönəcək. Belə ki, Türkiyənin ATV kanalı PANA film şirkətinə "Kurtlar Vadisi Pusu"nun bir bölümünün ödəməsini geciktirdiyi üçün film şirkəti kanala rəsmi xəbərdarlıq göndərib:
"Tələb olunan müddətə kimi pulumuz ödənilməyib. Əgər şərtlər bu cür davam etsə, müqaviləni tək tərəfli pozacağıq".

Pana Filmlə ATV arasındakı problemi bilən Show TV rəhbərliyi isə "Kurtlar Vadisi Pusu"nu kanalına transfer etmək üçün hərəkətə keçib. Bunu görən ATV kanalı isə həftələrdir ödəmədiyi 7 milyon lirə (2 milyon 550 min manat) civarındakı pulu dərhal ödəyib.

Yaşadığı reytinq probleminə köklü həllər axtaran Show TV isə bu tele-serialı transfer etməkdə qərarlıdır. "Kurtlar Vadisi Pusu"nun prodüserləri də serialın doğulduğu kanala keçməyini istəyirlər.






Fikirlər