24.04.2014. - SALYANDA "TƏXRİBAT"

24.04.2014. - SALYANDA "TƏXRİBAT"Azərbaycanın Salyan rayonunda bir qrup dindar kütləvi etiraz aksiyası keçirməyə hazırlaşır.
AzNews.az-a daxil olan məlumata görə, onların bu yola əl atmasına səbəb rayonun Arbatan kəndində dindaşlarından birinin saqqalının məcburi qaydada qırxılması olub.
Bundan sonra qəzəblənən dindarlar sakinlərə aqressiv münasibət bəsləməyə başlayıblar. Kütləvi qarşıdurmadan ehtiyat edən rayonun hüquq-mühafizə orqanları ciddi tədbirlər həyata keçiriblər. Terror təhlükəsindən sığortalanmaq məqsədilə kənd məktəblərində və xəstəxanalarda 24 saat polis növbəsi təyin olunub.
Əməkdaşımızla söhbətində yerli sakinlər deyib ki, kənd ərazisində az qala qeyri-rəsmi fövqəladə vəziyyət elan edilib.Salyan rayon Polis Şöbəsinin Arbatan kənd sahə inspektoru Əhməd Məmmədzadə AzNews.az-a açıqlamasında faktı qismən təsdiqləyib: “Hər iki tərəf dindirilib. Ciddi narahatçılığa əsas yoxdur, vəziyyət nəzarət altındadır
.






Fikirlər