General “YERALTI DÜNYA”nın baronunu yanına aparır - Təfərrüat
Həbsdəki MTN generalı Akif Çovdarov Metropoliten QSC-nin sabiq rəhbəri Tağı Əhmədovu yanına yaxınlaşdırır Generalın açıqlamaları istintaq tərəfindən cinayət işi materiallarına əlavə olunur.
Çovdarovun Əhmədov haqda dedikləri ikincinin məsuliyyətə cəlb olunmasını şərtləndirir. Artıq ayrı-ayrı ekspertlər də çıxışlarında qeyd edirlər ki, T.Əhmədova cinayət işi açılmalıdır.
"Yeraltı dünya”nın keçmiş sahibinin ifşa edilməsi və dövlətdən mənimsənilən 3 milyonu generala verməsi onun da məsuliyyətini artırır. Korrupsiya pullarını generala təhvil verən QSC-nin keçmiş rəhbəri lə bağlı araşdırmaların aparılmasına zərurət var.
Hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib ki, Çovdarovun ifadələri Əhmədovun həbsini aktuallaşdırıb.
YAP-ın Yasamal təşkilatının sədri olan T.Əhmədov 3 milon pulu hansı mənbədən əldə etməsi ilə bağlı soğru-suala tutulsa da, verdiyi cavab istintaqı qane etməyib. Hər halda bu pulu maaşdan yığmasını deməklə istintaqı uşaq kimi aldatmaq olmaz.
Zaman-zaman T.Əhmədovun Metropolitendəki korrupsiya əməlləri, biznesi, yeraltı keçidlərdən qazandığı milyonları barədə materiallar mətbuat səhifələrində yer alıb.
Bütün bunlar təsdiqləyir ki, Çovdarova çatan üç milyon manat heç də halal zəhmətin bəhrəsi olmayıb. Eyni zamanda Çovdarovla Əhmədovun işbirliyinin olduğunu sübuta yetirir.
Qaynağımız Politika.Az-a deyib ki, istitaq materiallarına yeni işlər əlavə oluna bilər və hazırda T.Əhmədovla bağlı proses gedir.
Xatırladaq ki, istintaq materiallarına əsasən, A.Çovdarov T.Əhmədovdan 3 milyon manata yaxın pul alıb. İstintaq materiallarına əsasən, pulu A.Çovdarova T.Əhmədobun qardaşı oğlu Ə.Əhmədov çatdırıb.
Pulun verilməsində məqsədə gəlincə isə bildirək ki, iddia edilir ki, MTN-ə 10 ədəd "Range Rover" markalı avtomobil lazım olub.
Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov isə bundan imtina edib.
A.Çovdarov da intiqam məqsədi ilə onun ətrafında olanlarla barədə araşdırma aparıb. Əhmədovun qardaşı oğlu Şövqi Tağıyevin və digər qohumu Elşən Tağıyev (Tağı Əhmədovun qardaşı oğlanları) A.Çovdarovun göstərişi ilə saxlanılıb.
Onlara MTN-də fiziki təzyiq olunub. Sonda Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb.
Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.