BSU-nun təmirdən sonrakı libası

Son günlər sosial şəbəkələrdə qabaqcıl ali təhsil ocaqlarından biri olan Bakı Slavyan Universiteti ilə bağlı yayılan xəbərlər çoxlarının mövzu obyektinə çevrildi.
BSU-nun əsas kitabxanasında aparılan təmir işləri ilə əlaqədar tələbələrin bəzi dərslikləri əldə edə bilməməsi narazılığa səbəb olmuşdu. 
AzerTaym.az bildirir ki, bu barədə yazılanlanlara aydınlıq gətirmək üçünModerator.az-ın əməkdaşı kitabxananın müdiri Səmayə Əliyeva ilə əlaqə saxlayıb.
Səmayə xanım bildirib ki, təmirlə bağlı kitabxanada elektrik olmadığına görə işçilərimiz dərsliklərin bəzilərini tapmaqda çətinlik çəkirdilər:
"Buna baxmayaraq işçilərimiz tələbələrin böyük əksəriyyətinə bəzi kitabları telefon işığında tapıb veriblər. Artıq bu gündən elektriklə bağlı problemimiz aradan qaldırılıb. Kitabxana tam hazır olana qədər tələbələrin bəzi çətinliklərlə üzləşməsi təbii haldır. Bunun anlayışla qarşılanmasını istərdik. Təmirə görə müvəqqəti çətinlik olduğunu bildirən kitabxana müdiri qısa müddət ərzində şəraitin daha da yaxşılaşacağını dedi. Universitetin kitabxanasında havalandırma sistemi quraşdırılır, yaxın zamanda işçilərimiz daha yaxşı şəraitdə işləyə biləcəklər".
Qeyd edək ki, son iki ay ərzində Bakı Slavyan Universitetində əsaslı təmir, yenidənqurma işləri aparılıb. Universitetdə Heydər Əliyev mərkəzi yaradılıb. Burada fəaliyyət göstərən muzey, tədris və mədəniyyət mərkəzləri, bufet, idman zalı əsaslı təmir edilib, havalandırma və yanğından mühafizə sistemi, açıq Wifi, lift quraşdırılıb. 
BSU-nun foyesində Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəmanların şəkillərindən ibarət guşə də yaradılıb. Universitetin auditoriyaları müasir standartlara cavab verən texniki avadanlıqlarla tam təchiz edilib. Yaxın günlərdə Bakı Slavyan Universitetində təmir işləri bitəcək. Müəllim və tələbə kontingenti sağlam mühitlə təmin ediləcək.
 






Fikirlər