12.09.2014- Səməd Seyidov maaşları artırdı

12.09.2014- Səməd Seyidov maaşları artırdı Bu tədris ilindən Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əməkhaqları artırılıb.

ADU-dan verilən məlumata görə, bu gün ADU əməkdaşları müxtəlif vəzifələr üzrə 500-1500 manat arası əməkhaqqı alırlar. Bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricidir.

Yeni tədris ilində ADU tələbələrinin sayı 6000-ni keçib. Bu il ADU-nun bakalavr pilləsinə 1500-ə, magistratura pilləsinə isə 200-ə yaxın tələbə qəbulu olub.

Yeni tədris ilində universitetin hər üç korpusunda əsaslı təmir işləri aparılıb, hər üç bina maddi-texniki bazası yenilənmiş formada tələbələrin ixtiyarına verilir. Universitetin ayırdığı maddi vəsait əsasında və ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə ən müasir texnika və maddi-texniki baza ilə təmir edilib, 2008-ci ildə açılan İnformasiya Resurs Kompleksi (İRK), o cümlədən İRK-ın Amerika mərkəzi bu tədris ilində yenidən istifadəyə verilib. İlk dəfə universitet tarixində ADU-da məhz İRK-nin nəzdində yeni telestudio açılır. ADU-nun müəllim və tələbələri bu telestudionın imkanlarından geniş şəkildə yararlana biləcəklər. Bu tədris ilində ADU-nun tələbə yataqxanası yüksək səviyyədə yaşayış üçün lazım olan hər növ avadanlıqlarla təchiz edilərək təmirdən sonra tələbələrin istifadəsinə verilir.

Xatırladaq ki, ADU-nun rektoru deputat Səməd Seyidovdur.






Fikirlər