Klinton Trampı 5% qabaqlayır
ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton rəqibi Donald Trampı 5% səslə qabaqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CNN/ORC şirkəti məlumat verib.
Bazar günü keçirilən rəy sorğularına əsasən, potensial seçicilərin 47%-i Klintonu, 42%- isə Trampı dəstəkləyəcəklərini deyib. Eyni sorğuda iştirak edən prezidentlik yarışının digər namizədləri - Azadlıqsevər (Liberteryan) partiyasından Harri Conson 7 faiz, Yaşıl Partiyasından Cill Steyn isə 2 faiz səs qazanıb.