""MTN akulaları”ndan sonra növbə jurnalist və hakimlərə çata bilər”

Mahmud Hacıyev: Ola bilsin ki, hələ ki, “əsas fiqurlarla” haqq-hesab çəkməyi daha məqsədəuyğun hesab edirlər”

 

“MTN işi” ilə bağlı hər zaman gündəmdə olan məsələlərdən biri bu qurumun sifarişlərini yerinə yetirən jurnalist və hakimlərin də məsuliyyətə cəlb edilməsi zəruriliyidir.

Hansı ki, bu zərurətlə bağlı KİV-də yetərincə məqalə dərc olunub.

Maraqlıdır, MTN-ə bağlı olan jurnalist və hakimlərin hələ də məsuliyyətə cəlb edilməməsi nə ilə bağlıdır?

Moderator.az-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev bu problemin hələ də açıq qaldığını təsdiqlədi:

“İlkin dövrdə KİV-də bu cür məlumatlar həqiqətən də çox dərc olundu. Bildirilirdi ki, MTN-nin sifarişi ilə müxtəlif materialları işıqlandıran KİV-lər və yenə də bu qurumun sifarişi ilə müxtəlif şəxslər haqqında sifarişli qərar çıxardan hakimlər olub. KİV-də dərc olunan bu məlumatlar 50-nin 50-yə nisbətində dürüst məlumat kimi qiymətləndirilməli və hüquq-mühafizə orqanları tərəfindən təhqiqat işi aparılmalıdır. Lakin hələ ki, bu istiqamətdə heç bir addım atılmayıb. Ola bilsin ki, “MTN işi” o qədər böyük, genişmiqyaslı işdir ki, hüquq-mühafizə orqanları öncə “əsas fiqarlarla” haqq-hesab çəkmək niyyətindədir. Ola bilsin ki, hələ böyük “akulalar”ın işi ilə məşğuldurlar və müəyyən müddətdən sonra jurnalist və hakimlərin də məsələsinə baxılacaq. Lakin bütün hallarda “MTN işi” çərçivəsində bu qurumun sifarişlərini yerinə yetirən media əməkdaşları və hakimlərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq addımlarına atılması başqalarına görk etmək baxımından da məqsədəuyğun olardı.

 






Fikirlər