“Quş qripi”nə görə monitorinq keçiriləcək
“Quş qripi” xəstəliyinə görə növbəti monitorinqə start veriləcək. Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, oktyabrın 24-də köçəri quşların payız miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq. Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur.