Cavid Qurbanov Şanxayda önəmli görüşlər keçirdi - - FOTOLAR

Moderator.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Səfər çərçivəsində bu gün Çinin Şanxay şəhərində Azərbaycan dəmiryolçuları Almaniyanın məşhur nəqliyyat-loqistika şirkəti olan DHL-in bir qolu sayılan “DP DHL global forwarding” kompaniyasının nümayəndələri ilə görüşüblər.
Danışıqlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “DP DHL global forwarding” şirkətinin Şanxay bölgəsinin rəhbəri Allen Chen və digər rəsmi şəxslər iştirak ediblər.
Söhbət zamanı ümumilikdə Şərq-Qərb marşrutu və onun tərkib hissəsi olan TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri və yüklərin cəlb olunması məsələləri müzakirə olunub. Alman şirkətinin nümayəndələri Azərbaycan ərazisindən keçən dəhlizdən istifadə edərək, Asiya ilə Avropa arasında yükdaşımalar həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər. Qeyd edilib ki, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra, bu nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, və Asiya ölkələri ilə Avropa arasında yükləri çatdırılma vaxtı qısalacaq.
Görüşdən sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və onu müşayət edən rəsmi şəxslər “DP DHL global forwarding” kompaniyasının Şanxaydakı yük anbarlarına baş çəkərək, şirkətin iş prinsipləri ilə tanış olaraq, burada cəmləşdirilən yüklər, onların həcm və tərkibi haqda məlumatlar əldə ediblər.
Qeyd edk ki, Almaniyanın DHL şirkətinin ümumilikdə dünya üzərində 220 ölkədə nümayəndəliyi, ofisi var və 500 000-dən artıq əməkdaşı var, dünyada ilk 10 işəgötürənlərin siyahısında yerləşib, 1 saat ərzində 1 milyon müştəriyə xidmət göstərir, Çində 500 000 kv.m. anbar sahəsinə malikdir.
Bu vaxta kimi, DHL Azərbaycandan keçməklə 5 sınaq qatarı yola salıb. 29.11.2015–ci il tarixində Çinin Lianyungangdan limanından ilk test qatarı, Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsi ilə Türkiyənin Manisa şəhərinə yola salınmışdı. 09.07.2016, 31.07.2016, 20.08.2016 və 06.09.2016–ci il tarixlərində isə Çindən ardıcıl olaraq 4 blok qatarının nəqli həyata keçirilib.






Fikirlər