Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun gən fəal Qiyas İbrahimova dövlət ittihamçısının tələb etdiyi cəzadan ağır hökm çıxarması mediada və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, dövlət ittihamçısı gənc fəala 9 istəsə də hakim ona 10 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Ənvər Seyidov bu amansız hökmünə görƏ, sosial şəbəkələrdə tənqidlərlə yanaşı, hətta ağır təhqirlərə də məruz qalıb.
Düzdür, qanunvercilik imkan verir ki, hakim dövlət ittihamçısının tələb etdiyi cəzadan az, yaxud da artıq cəza versin. Ancaq son illərin praktikasında (Onu da nəzərə alsaq ki, bu iş siyasi işdir-müəllif) adətən məhkəmə 1 ya 2 il az cəza təyin edir. Hətta hakimlər sonradan vəkillərlə yaxud da həbsdə olanların yaxınları ilə söhbətlərində “Prokuorluq razılaşsaydı daha çox kömək edə biərdim” tipli cavablar da səsləndiriblər.
Ənvər Seyidovun gözlənilməz bu hökmü ilə bağlı maraqlı məlumat daxil olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, MTN-nin sabiq şefi Eldar Mahmudov “vurulandan” sonra Ənvər Seyidov hakimiyyətin “qara siyahısına” düşüb. Belə ki, onun yaxın zamanlarda hakimlik səlahiyyətlərinə xitam veriləcəyi gözlənilirmiş.
Qiyas İbrahimova isə prokurorun istədiyi cəzadan artıq cəza təyin etməsiylə Ənvər Seyidov hakimiyyət qarşısında özünün “sədaqətli” obrazını yaratmaq istəyib.
Bundan başqa o, yüksək vəzifədə çalışan məmurların yaxınların hüzr məclislərinə davamlı qatılaraq, həmin məclislərdə Eldar Mahmudov əleyhinə fikirlər səsləndirməklə onunla hansısa əlaqəsinin olmaması barədə rəy yaradır.(Gununsesi.info)