Aygünlə Ramalın ölkədən çıxışına qadağa qoyuldu - FOTOLAR
Ötən gün Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, siyahıda Azərbaycanın əməkdar artisti Aygün Bəylər və müğənni Ramal İsrafilov var. Xatırladaq ki, bu ilin sentyabr ayında əməkdar artist Abbas Bağırovun da ölkədən çıxışına qadağa qoyulmuşdu.