500-dən çox şirkət rəhbəri ölkədən çıxa bilməyəcək

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən Moderator.az -a verilən məlumata görə, 4 oktyabr tarixinə vergi borcu olduğuna görə 555 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.






Fikirlər