Tanınmış iş adamlarına “stop” qoyuldu – Ölkədən çıxa bilməyəcəklər – SİYAHI

5084

Xəbər verdiyimiz kimi bu gün Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin yenilənmiş siyahını açıqlayıb. Yenicag.az xəbər verir ki, xalq.az-ın vergilər nazirliyinə istinadən məlumatına görə, siyahıda ölkədən getmələrinə  qadağan qoyulmuş  308 fiziki şəxs və 400 hüquqi şəxs var.

Ölkəni tərk emək qadağası tanınmış iş adamlarına da da tətbiq edilib.

Belə ki,vergi borcu olan şəhərdə yündürmərtəbəli binaların tikintisini həyata keçirən “ANT-İnşaat” MMC-nin rəhbəri Azad İbarhimova şamil olunub.

Məlumatlara əsasən  “ANT- İNŞAAT” MMC przidentin sərəncamı ilə azad olunan keçmiş Rabitə və Yüksək Texnologiyaları naziri Əli Abbasovun himayəsində fəaliyyət göstərirdi və rəhbəri Azad İbrahimov keçmiş nazirə yaxınlığı ilə tanınır.

Digər iş adamı  isə Mirqiyas Ağayevdir, “MİRİ PAK” MMC konserv məhsulları və meyvə şirələri istehsal edir.

Şirkətin istehsal etdiyi meyvə şirələri Rusiya bazarında məşhurdur. “MİRİ PAK” MMC rəhbəri Mirqiyas Ağayev,ölkə baçşısının Sərəncamı ilə işdən çıxarılan nazirlik isə ləğv olunan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxılnlığı ilə tanınır.

Ölkədən vergi borcuna görə çıxışına məhdudiyyət qoyulan digər iş adamı isə “GƏNCƏ ŞƏRAB-1″ ASC-nin rəhbəri Mirməhəmməd  Məmmədovdur.

Azərbaycanda şərabçılığın flaqmanına çevrilən şirkət qısa bir müddət ərzində ölkə bazarında spirtli içkilərin satışında liderlik etməsinə baxmayaraq qanunlara riayyət edib vergi ödəmirlər.Digər bir məlumatda isə  həmçinin Mirməhəmməd Məmmədov “Jardin Royal” şokolad fabrikinində direktorudur.

İdman sahəsində də vergidən yayınlar olub.

Belə ki, fiaskoya ugramış  tanınmış iş adamı (“Hafka” ) kimi tanınan və nəqliyyat naziri Ziya Məmmədovla yaxınlığı ilə bilinən  Hafiz Məmmədov  rəhbəri olduğu

“BAKI” FUTBOL KLUBU MMC –nin indiki rəhbəri Zeynal Məmmədovunda ölkədən çıxışına qadağa qoyulub.

Vergi borcu olan şirkət rəhbərlərinində məlumatlarına dərc edə bilərik.

Araşdırmalarımız davam edir.






Fikirlər