20.05.2014. - “Bizi Nüsrət Kəsəmənlinin aqibəti gözləyir”
Bu gün Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının doğum günüdür.
Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub.
O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Tələbəlik illərindən "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilən Sabir Rüstəmxanlı ədəbi-bədii fəaliyyəti, kəskin publisistik yazılarıyla milli şüurun oyanmasında xüsusi rol oynayıb.
İlk kitabı 1970-ci ildə nəşr edilən şairin Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 40-a yaxın şeir, nəsr, publisistika kitabları işıq üzü görüb. Sabir Rüstəmxanlı 2005-ci ildə Xalq şairi fəxri adına layiq görülüb.
Axar TV-nin şairin doğum gününə hazırladığı süjeti təqdim edirik.