Ötən əsrin ortalarında bəşəriyyətin taleyi ilə bağlı səsləndirdiyi bir çox proqnozları doğru çıxan məşhur görücü Vanqa 2016-cı ildən sonra dünyanın siyasi mənzərəsinin dəyişəcəyini də ehtimal edib.
Kor kahinin gələcəklə bağlı verdiyi proqnozlar arasında tibbi sahə ilə bağlı səsləndirdikləri də var. Bu proqnozlar inandırıcı səslənməsə də, kor kahinin indiyə qədər gerçəkləşən ehtimalları bəşəriyyətin gələcəyi haqqında düşünməyə əsas verir.
Bolqar qadın Vanqanın tibbi sahədə səsləndirdiyi proqnozlar həm mənfi, həm də müsbət yönümlüdür.
Onun ehtimalına əsasən, 2046-cı ildə orqan köçürülmələri adi hal alacaq. O dönəmdə demək olar ki, bütün orqanların əvəzedicisi tapılacaq.
2080-ci ildə əksər xəstəliklər cəmi bir neçə saniyəyə müalicə olunacaq. Lakin 2088-ci ildə isə bəşəriyyəti dəhşətli xəstəlik bürüyəcək. O ildən etibarən, insanların bir qismi cəmi bir neçə saniyə ərzində dəhşətli dərəcədə qocalacaqlar.
Qeyd edək ki, bu xəstəlik artıq qismən də olsa, tibbə məlumdur. Hətta uşaqların bir neçə saniyə ərzində qocalma hallarına rast da gəlinib. Bu haqda filmlər də çəkilib. Vanqanın sözlərinə görə, 2088-də bu hal daha da kütləviləşəcək.
Vanqanın 2197-ci il üçün səsləndirdiyi proqnoz isə insanı gələcəklə bağlı xoş fikirlər yürütməyə sövq etmir. Onun sözlərinə görə, bu ildən etibarən Yer üzündə yaşlanma hadisəsi olmayacaq. Heç bir insanın orqanizmindəki hüceyrələr qocalmayacaq və insanlar qocalıq görməyəcəklər.