Ötən əsrin ortalarında bəşəriyyətin taleyi ilə bağlı səsləndirdiyi bir çox proqnozları doğru çıxan məşhur görücü Vanqa 2016-cı ildən sonra dünyanın siyasi mənzərəsinin dəyişəcəyini də ehtimal edib.
Hitlerdən tutmuş bir çox diktatorların da mütəmadi olaraq əlaqə saxladığı kor Vanqa ötən əsrin ortalarında 2016-cı ildən sonrakı mərhələ haqqında da proqnozlar irəli sürüb.
Kor kahinin gələcəklə bağlı verdiyi proqnozlar arasında Avropaya mövzusu da yaddan çıxmayıb. O, 2025-ci ildən etibarən indi dünyada xüsusi söz sahibi olan Qərbi Avropa ölkələrinin nüfuzdan düşəcəyini, iqtisadi və siyasi baxımdan öndə gedən fiqur olmayacağını bildirib. Vanqa qarşıdakı illərdə-xüsusən də 2043-cü ildə bütün Avropanı müsəlmanların idarcə edəcəyini bildirib. Buna səbəb müsəlman ölkələrində yaşanacaq iqtisadi irəliləyiş olacaq. Yeni tapılan enerji qaynağı müsəlman dövlətlərini daha da gücləmdirəcək və Avropa tamamilə müsəlmanlardan asılı vəziyyətdə qalacaq.