Yəməndə 40 yaşlı kişi 8 yaşlı qızla evləndi — Gəlin toy gecəsi öldü

Yəməndə 40 yaşlı kişi 8 yaşlı qızla evləndi — Gəlin toy gecəsi öldü

Yəməndə 40 yaşlı kişi 8 yaşlı qızla ailə həyatı qurub

8 yaşlı gəlin toyun səhərisi gün vəfat edib.

Onun ölümünə səbəb isə toy gecəsi cinsi akt zamanı aldığı zədələr olub.

İnsan hüquqlarını qoruyan təşkilatlar gəlindən yaşca 5 dəfə böyük olan bəyi həbs etməyi tələb edirlər. Livan qəzetləri hadisənin Yəmənin şimali-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Hard əyalətində baş verdiyini yazır. Bu məsələ dünya ictimaiyyətinin diqqətini yenə də Yaxın Şərq regionunda erkən nikahlar mövzusuna cəlb edib.

BMT-nin hesabatlarına görə, 2011-2020-ci illər arasında 140 milyon qız uşağı erkən nikaha daxil olacaq. Bundan başqa, 140 milyon qızdan 50 milyonunun yaşı 15-dən aşağı olacaq.

Yəməndə qızların 25%-i 15 yaşına çatmamış ərə verilir. Onlar normal tibbi xidmət və təhsildən məhrum edilirlər. Bundan əlavə, nikaha daxil olan körpələr fiziki və mənəvi zorakılığa məruz qalırlar.






Fikirlər