Arktikada müəmmalı uğultu – HAMINI DƏHŞƏTƏ GƏTİRİR -FOTO

Arktikada müəmmalı uğultu – HAMINI DƏHŞƏTƏ GƏTİRİR

Müəmmalı uğultu Arktika sakinlərini artıq bir neçə aydır narahat edir. Bu qorxulu gurultunun səbəbini heç kəs izah edə bilmir.

Dərinliklərdən gələn uğultu inuitılərin yaşadığı Kikiktani rayonunun Fyüri-end-hekla boğazında qeydə alınıb. Uğultunu yerli balıqçılar və ovçular daxil olmaqla, su idmanı ilə məşğul olan idmançılarda eşidib.

Səs CP-140 Aurora kəşfiyyat təyyarəsi ilə rayonu yoxlayan Kanada hərbçilərini də narahat etməsinə baxmayaraq, əməliyyat zamanı dənizdə bir neçə balina və morjdan başqa qəribə səslər çıxaracaq heç nə tapmayıblar.

Buna baxmayaraq yerli sakinlər səsin kəsilmədiyini deyir. Onların fikrincə bu səs böyük heyvanları ovçulara yem olmasın deyə qovmaq istəyən “Qrinpis” ə aiddir. Lakin adı çəkilən təşkilat bu fərziyyələri rədd edərək, inuitilərin ovçuluq adətlərinin qoruyub-saxlamasını dəstəklədiyini bildirib.

Başqa fərziyyələrə görə, uğultunun səbəbi hərbçilərin fəaliyyəti və dənizin dibində qazıntıların aparılmasıdır, lakin Kanada Müdafiyə Nazirliyini bunu təkzib edir.

Avropada sosial şəbəkələrdə səsin Hovard Lavkrafın fantastik əsərlərindəki bədheybət Ktulhuya aid olduğu fərz edilir. Ktulhu görünüşcə həm insana, həm əjdahaya, həm də osminoqa oxşayır. Əslində kitabda qeyd edilən bədheybətin yaşadığı su altı şəhər Sakit okeanın cənub hissəsində yerləşir. Bu isə səs gələn yerdən xeyli uzaqdır. Ancaq bu fakt fərziyyənin tərəfdarlarını narahat etmir.

 






Fikirlər