Bakıda eşidilən uğultu QİYAMƏTİN SƏSİDİR?

Bakıda, Səbayıl və Yasamal rayonlarında eşidilən və hələlik elmi izahı verilməyən uğultu ilə bağlı dini-mövhumatı şərh yayılıb.

 Paşa Yaqub bu uğultunu mikro-qiyamət kimi dəyərləndirərək, Qurandan gətirdiyi ayələrlə fikrini izah etməyə çalışıb.

 Axar.az “Moderator.az”a istinadla yazıdan bəzi məqamları təqdim edir:

 “Zülm edənləri dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar  və onlar öz evlərində diz üstə çöküb qaldılar”. Quran, 11:94

 Bu gün Bakı şəhərinin bir hissəsində (Səbayıl və Yasamal səmtində) tükürpədici, uğultulu bir səs binaları silkələmiş, insanlar arasında qorxu və həyəcan yaratmışdır. 

 Hesablamalarımız göstərir ki, bu hadisə təsadüf olmayıb, özündən əvvəlki həyəcanlı hadisələrlə riyazi yolla əlaqələnir. Belə ki, Azərbaycanda 4 dekabr 2015-ci il tarixdə “Günəşli” yatağında baş vermiş tufan və yanğın hadisəsini şərh etmişdim. Neft yatağında baş verən həmin hadisənin şahidlərinin danışdığından və görüntülərdən orada mikroqiyamətin yaşandığı aydın olurdu (bunu hadisəni yaşayanlar daha yaxşı dərk edərlər). Eyni zamanda bugünkü həyəcanlı hadisəni yaşayanların danışdıqlarından da mikroqiyamətin yaşandığı bəlli olurdu. Hər iki bənzər hadisədə (mikroqiyamətdə) diqqət çəkən məqam onların 114 gün fərqlə baş verməsidir ki, bu da Quran rəmzi olmaqla, təkrar  diqqətimizi müqəddəs kitaba yönəldir

 "Sizdən təkcə zalımlara toxunmayacaq (zalımlara dəstək olduqlarına görə hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah Onun əmrlərini pozanlara  şiddətli əzab verəndir!" Quran, 8:25

Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim bir yazımda Bakı-Naxçıvan reysi ilə uçan (15.06.2015) təyyarənin qəza enişi etməsini şərh etmiş və bunun Allahdan bir xəbərdarlıq olduğunu hesablamalarla göstərmişdim (təyyarə qəzasının da mikroqiyamət olduğunu hadisəni yaşayanlar bilər). Maraqlıdır ki, bu gün insanları həyəcanlandıran uğultu və titrəyiş həmin təyyarə qəzasının 286-cı günü baş vermişdir ki, bu ədəd Quranın səhifələrinin sayı olmaqla, diqqətimizi təkrar olaraq müqəddəs kitabın göstərdiyi  halallıq və düzlük yoluna yönəldir:

 

“Məmləkətlərin əhalisi əməlisaleh olduğu ikən Rəbbin onları haqsız yerə məhv etməz (Biz yalnız əhalisi zalım olan məmləkətləri məhv etdik)”.  Quran, 11:117

 

Beləliklə, Azərbaycanda baş verən bu kimi sirli hadisələrin monitorinqi göstərir ki, onlar əslində yolunu azmış və biri-birinə manyakcasına zülm edən, işgəncə verməyi sevən millətimizə (vəzifəsindən aslı olmayaraq) Allahdan bir xəbərdarlıqdır. Hesablamalarımız göstərir ki, insanlarımız bu xəbərdarlıqları qulaqardına vurduqca, bəlaların şiddəti və miqyası da genişlənəcəkdir. Sonda bu təlatümlərdən cəmi 29 faiz əhali xilas ola biləcək ki, onlar da kamillik dövrünü yaşayacaqlar. Hər ziyanın içində bir xeyir olduğu kimi, bu silkələnmələr və katakilizmlər də Azərbaycanın təmizlənməsi və dünyanın mənəviyyat mərkəzi olması ilə nəticələnəcəkdir. 

 

Odur ki, ağıl sahibləri baş verənlərdən ibrət almalı və heç kəsi gözləmədən təcili tövbə edib, günahlardan təmizlənməlidir (mən özüm də belə etmişəm). Belə etsəniz, 29 faizin içində siz də olarsız və tezliklə gözəl bir dövrə qədəm qoyarsınız. 

 

“Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!” Quran, 17:58






Fikirlər