Ayaz Mütəllibovu məyus edən SƏBƏB

Ayaz Mütəllibovu məyus edən SƏBƏB

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanovun vəfatı ilə bağlı başsağlığı verib.

A.Mütəllibov açıqlamasında Nizami Süleymanovla eyni müəssisədə çalışdığını bildirib: “Onu çox yaxşı tanıyırdım. Vaxtilə mən və o, eyni müəssisədə çalışmışıq. Vaxtilə Nizami Süleymanovu öz zavoduma gətirmişdim, orada onun üçün xüsusi labaratoriya açmışdım. Nizami Süleymanov da orada elmi işlərlə ciddi məşğul olurdu. Elə həmin vaxtlardan sonra Akademiya yaratdı”.

A.Mütəllibov qeyd edib ki, Nizami Süleymanov çox istedadlı, bacarıqlı və natiq adam olub: "O, hər zaman elmi problemlərin axtarışı ilə məşğul olurdu. Səhərdən axşamadək elmlə məşğul olurdu. Elmə böyük hıvəsi var idi. Mən onun vəfatı ilə bağlı xəbərləri mətbuatdan oxudum və çox pis oldum. Nizami Süleymanov elə də yaşlı deyil idi. Bu yaşda həyatdan köçməyi mənə də pis təsir edib. Allah ona rəhmət etsin! Yaxınlarına və ailəsinə Allahdan səbr diləyirəm”.

Xatırladaq ki, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü, iki dəfə prezidentliyə namizəd (1992 və 1998-ci illərdə) Nizami Süleymanov ötən gün vəfat edib.

 






Fikirlər