Bu gün Azərbaycanda dəmir yolları sistemi yenidən müasir dövrün tələblərinə uyğun şəraitdə qurulub.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisdə (MM) büdcə müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda son ilyarımda dəmir yolu sistemində on ildə görülsəsi işlər görülüb:
“Məhz görülən işlər nəticəsində Sumqayıta elektrik qatarı işə salınıb və bu xətt üzrə müasir qatarlar gətirilib , əhalinin xidmətinə verilib. Bu da əhalinin nəqliyyata tələbatının ödənilməsində əhəmiyyətli rol oynayıb. Bundan başq, respublikanın dəmir yollarında ciddi işlər görülülb. Astara istiqamətində, Gürcüstan istiqamətində ciddi təmir işləri gedir. Cənub istiqamətində dəmir yolu artq İran sərhəddinə çatdırılıb. Bu da ciddi əhəmiyyətə mailk bir xəttdir”.
Millət vəkili əlavə edib ki, əgər bu sahəyə Cavid Qurbanov kimi bir bacarıqlı insan rəhbərlik edirsə, ona dəstək verməlidir.
“Qoy bu sahəni daha da inkişaf etdirsin. Baxmayaraq ki, büdcədən bu sahəyə ayrılan vəsait yetərincə deyil. Axı, 98 milyon manatla hansı işləri görmək və bu işləri müasir dövrün tələblərinə uyğun necə qurmaq olar? Təbii ki, bu vəsatilə nəzərdə tutulan işləri görmək olmaz. Ona görə də bu sahəyə vəsait ayrılmalıdır ki, bu istiqamətdə işlər daha da sürətlə getsin”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili Qüdrət Həsənquliyev də bu təklifi dəstəkləyərək, dəmir yolu sahəsinə maliyyə vəsaitinin artırlmasını təklif edib.