“Vəkilləri də Akif Çovdarov kimi…” – MTN generalını müdafiə edənlərlə bağlı şok açıqlama
“İşin “çirk”i böyükdürsə, qonorar da yüksək olur” Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun səs-küylü məhkəmə prosesini davam etdirilir. İşlə bağlı hər gün yeni, sensasiyalı faktlar ortaya çıxır. Cəmiyyətin bütün təbəqələrindən olan insanlarda sabiq MTN-çi qanqseterin iç üzü şok effekti yaradıb. Ortaya çıxarılan hər yeni fakt onun qana susamış biri olduğunu təsdiqləyir. Akif Çovdarovun müdafiəsinə könüllü olaraq qoşulan vəkillərin bu addımına cəmiyyət birəmanlı reaksiya verməyib. İşdə “çirk” nə qədər çoxdursa, qonorar da ona adekvat olur Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış hüquqşünas Aslan İsmayılov deyib ki, peşə etikasına görə, vəkil müqavilə bağladığı şəxsin müdafiəsini vicdanla yerinə yetirməlidir: “Təqsirləndirilən şəxs öz xarakterinə uyğun vəkil tapır” A.İsmayılov bir çox təklif edilən işlərdən imtina etdiyini açıqlayıb: “Mən biləndə ki, hansısa işlə bağlı vəkil kimi kömək edə bilməyəcəyəm, dərhal imtina edirəm. Vəkillikdə mənim öz mövqeyim var. Mən vəkilliyə qazanc yeri kimi baxmamışam. Vəkillik mənim üçün yaradıclılıqdır. Müqavilə bağlayıb üzərimə götürdüyüm işi yaşayıram. Ona görə də Akif Çovdarovun kimilərinin işlərini heç vaxt götürə bilmərəm.
Çoxları pul müqabilində belə bir adamı müdafiə etməyi düzgün saymır.
Maraqlıdır, vəkillər cəmiyyət tərəfindən böyük təpkiylə qarşılanan işdən niyə imtina etmədilər?
“Vəkil də bir iş adamıdır. Qonorar alaraq ailəsini dolandırır. Seçim vəkilin özünündür. Kim necə seçir, bu, onun öz işidir. Ona görə heç bir vəkilə irad tutmaq lazım deyil. Azərbaycan reallığında yeganə irad tutulası məqam odur ki, vəkillər təqsirləndirilən şəxsin hüququnu müdafiə etməkdən başqa onun cinayətini ört-basdır etməklə məşğul olur. Zərərçəkənlərə qanunsuz təsir edir, məhkəməni qanunsuz olaraq başqa istiqamətə yönləndirməyə çalışır. Bu isə vəkilə yaraşmır. Vəkilin borcu ən qatı cinayətkarın belə, haqqının pozulmasına yol verməmək, cəzasını qanunun imkan verdiyi çərçivədə maksimum yüngülləşdirməkdir.
Mənə çox sayda müraciətlər olur. Mən ilkin olaraq müraciəti dinləyir, sonra qərar verirəm. Bu günə qədər 1 nəfər də olsun zorlama, narkomaniya, ölüm işi ilə bağlı müdafiə etdiyim şəxs olmayıb”.
A.İsmayılov “daha ağır cinayətlərdə təqsirləndirilən şəxsləri müdafiə edən vəkillərin qonorarı digərlərindən fərqlənirmi” sualına cavab olaraq deyib ki, nə qədər ki işdə “çirk” böyükdür, ödənilən qonorar da o qədər yüksək məbləğdə olur
Bu kateqoriya işlərdə mən zərərçəkənləri məmnuniyyətlə müdafiə edirəm”.
Hüquqşünas bildirib ki, “Akif Çovdarov” tipli işlərin vəkilləri də müdafiə etdiyi şəxslə təxminən eyni xarakterə sahib olur:
“Mənim praktikamda müşahidə etdiyim bir şey var. Hər bir işdə təqsirləndirilən şəxsə uyğun vəkil olur. Hər təqsirləndirilən şəxs hökmən özünə uyğun vəkil tapır. Artıq 20 ildir ki, vəkilliklə məşğulam. Həmişə məhkəmə proseslərində şahidi olmuşam ki, vəkillə müdafiə olunan şəxslərin həyat tərzlərində, dünya görüşlərində, bir uyğunluq olur”.
Xatırladaq ki, Sabunçu rayon məhkəməsində davam edən Akif Çovdarovun və əlaltılarının məhkəməsində MTN generalını vəkillər Kamandar Nəsibov, Sadıq Rəsulov, Şahin Rəfiyev müdafiə edirlər.