Tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibələ bağlı maraqlı bir xatirə paylaşıb.
Moderator.az mövzunun aktuallığını nəzərə alıb Aqil Səmədbəylinin paylaşımını təqdim edir:
"Elçi Bəy prezident olmamışdan öncə rusiyalı jurnalist Dmitri Furman Elçi Bəydən müsahibə alırmış. Furman Elçibəyə demokratiya ilə bağlı sual verir:
- Cənab Elçibəy, belə bir oturuşmuş qənaət var ki, demokratiya Avropayla, Xristian mədəniyyəti ilə bağlıdır. Müsəlman ölkələrində demokratiya qurmaq çətin işdir...
Elçibəy Furmana etiraz edir:
- Bu, kökündən yalandır. Həm müsəlman, həm də xristian aləmində siyasi inkişafın müxtəlif formaları olmuşdur. Məsələn, demokratik inkişafın Rusiyada Türkiyədən asan olduğu deyilə bilməz. Türkiyədə ilk liberal konstitusiya 1876-ci ildə qəbul edilib və indi bu cəmiyyətin demokratik siyasi sistemi, inkişaf etmiş iqtisadiyyatı var. Rusiyada isə ilk liberal konstitusiya 1905-ci ildə qəbul edilmiş və indi yeni demokratiya yaratmağa çalışır. Demək ki, hər bir xalqın demokratiya quruculuğunda əsaslandığı və bu quruculuğa mane olan amillər var. Müsəlman xalqlarında bunların birincisi xristianlarda olduğundan az, ikincisi isə çox deyil. Unutmayaq ki, müsəlmanlar heç bir zaman ölkələrindən xristianları ispanların mavrları qovduğu kimi qovmayıb. Amma inkivizasiyanı da müsəlmanlar icad etməyib. "Hitleri də, Stalini də dünyaya müsəlmanlar gətirməyib!"