Kremlin anti - Azərbaycan planı – ABŞ-dan ilginc xəbərdarlıq

Kremlin anti - Azərbaycan planı – ABŞ-dan ilginc xəbərdarlıq

Qaz müharibəsi”ndə mühüm gəlişmə; Rusiya enerji daşıyıcıları məsələsindən Azərbaycanı təcrid etmək üçün yararlana bilər; “Türk axını” Azərbaycana təhlükədirmi?; 2017-ci il əsas suala aydınlıq gətirməlidir... 

 

Tezliklə daxil olacağımız 2017-ci il təkcə dünyanın siyasi xəritəsinə mühüm düzəlişlərlə yadda qalmayacaq. Söhbət həm də enerji qaynaqları və həmin qaynaqların dünya bazarına çıxarılmasında dominantlıq uğrunda aparıcı qaz oyunçuları arasında get-gedə şiddətlənən mübarizədən gedir. Sözsüz ki, Azərbaycan da bu və digər şəkildə həmin mübarizədə yer alır və təbii ki, ən çox Rusiyaya rəqibdir.
Gələn il isə istər “Şahdəniz -2" qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinin (TAP, TANAP), istərsə də yenidən gündəmə qayıtmış "Türk axını" layihəsinin həyata keçməsində həlledici il olacaq. Hər nə qədər deyilsə də ki, bu iki qaz kəməri bir-birinə rəqib deyil, əksər analitiklərə görə, məhz rəqibdir. Ən azından, bazarda Rusiya qazı ilə Azərbaycan qazı rəqibdir.
Qərbin, ABŞ-ın hədəfi isə məhz qitəni Rusiya qazından daha az asılı eləməkdir. Bu yerdə yada salaq ki, “Türk axını” Yunanıstanla sərhədə məhz TANAP kəməri ilə eyni nöqtədə çıxacaq. Oradan TANAP TAP kəmərinə birləşdiriləcək. “Qazprom” isə “Türk axını” ilə nəql olunacaq təbii qazı həmin məntəqədə yaradılacaq haqda müştərilərə təhvil verməyi planlaşdırır.
***
Image result for Metyu Brayza
O da sirr deyil ki, Moskva enerji məsələsindən həmişə Avropaya, Qərbə qarşı siyasi təzyiq instrumenti kimi yararlanmağa çalışır. Ancaq təkcə Qərbə qarşımı? Belə görünür, yox.
“Rusiya enerji daşıyıcıları məsələsindən istifadə eləməklə Azərbaycan və Gürcüstanı təcrid etməyə çalışa bilər”. Bu barədə ABŞ-ın ölkəmizdəki və ATƏT-in Minsk Qrupundakı sabiq səfiri, ABŞ Atlantik Şurasının tədqiqatçısı Metyu Brayza “Ameriaknın səsi” radiosunun gürcü redaksiyasına müsahibəsində deyib.
Image result for Kreml
Jurnalistin “İki böyük regional oyunçu - Türkiyə ilə Rusiya arasında əlaqələrin yeni fazaya keçməsi Gürcüstana və Cənubi Qafqaza necə təsir edə bilər” sualına cavabında Brayza Gürcüstana birbaşa təsirin gözlənilmədiyini bildirib. Bununla belə əlavə edib: “Məni daha çox enerji qaynaqları məsələsi narahat edir - nəyin sayəsində ki, Rusiya Azərbaycan və Gürcüstanı təcrid etməyə cəhd edə bilər. Məsələ ondadır ki, "Türk axını" qaz kəmərinin hədəfi Rusiya mavi yanacağının Avropa Birliyinə çatdırılması və Azərbaycanın enerji sferasına sərmayələrin azaldılmasıdır. Fikrimcə, Rusiya strategiyasının bu hissəsi Azərbaycan və Gürcüstana təsirləri gücləndirməyə yönəlib".
***
Qeyd edək ki, artıq “Türk axını” layihəsi ilə bağlı qanun Türkiyə parlamentinin təsdiqindən keçib və prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Rusiya tərəfi də ilin sonunadək onu ratifikasiya etməlidir. 
Image result for Türk Axını
Azərbaycan isə qardaş ölkənin də maraqlarını nəzərə almaqla məsələyə kifayət qədər xoş məramla baxır, narahatlıq keçirmir, özünü təmkinli aparır. Bu yaxınlarda prezident İlham Əliyev məhz belə bir sülhpərvər yanaşma ortaya qoyaraq bəyan elədi ki, iki kəmərin bir-birinə mane olmayacağına ümidvardır və enerji nəqlinin saxələnməsinə müsbət baxır. 
Az sonra Bakıda səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu da öz ölkəsinin qazının TANAP vasitəsilə Avropaya nəqlində maraqlı olduğunu bəyan eləmişdi. Bu isə Cənub Qaz Dəhlizinin rentabelliyinin daha da artması və Avropanın isə Rusiya qazına ehtiyacının azalması anlamına gəlir.
Image result for Dmitri Roqozin
Ötən saylarımızda vurğuladığımız kimi, İsrail baş nazirinin bu açıqlaması heç də Moskvaya xoş gələ bilməz. Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Netanyahudan cəmi iki gün sonra Bakıya təşrif buyurmasını da bir çox ekspertlər həm də bu kontekstdə qiymətləndirdilər.
Odur ki, M.Brayzanın Azərbaycanla bağlı yuxarıdakı xəbərdarlığı qəribçiliyə salmağa dəymir və indi o, strateji ilə daxil olmaq ərəfəsində ikiqat önəm kəsb edir.
***
Əlavə edək ki, Cənub Qaz Dəhlizinin özəyini təşkil edən TANAP boru kəmərinin işə düşməsi “Şahdəniz-2" layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2017-ci ilə hesablanıb. Bu layihə üzrə Azərbaycan təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşınacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Bu xətt 19 km-i Mərmərə dənizindən keçməklə 1850 km təşkil edəcək. 
Image result for TANAP
5 il ərzində reallaşması nəzərdə qaz dəhlizinin ümumi dəyəri 7 milyard ABŞ dollarıdır. 4 mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. Həmin ildən etibarən Azərbaycandan Türkiyəyə ilk qaz nəqlinə başlanacaq. Başlanğıcda ildə 16 milyard kubmetr həcmində ötürüləcək qaz sonradan 24 və 31 milyard kubmetrə çatdırılmalıdır. 2020-ci ilin əvvəlindən TANAP TAP-a birləşdiriləcək və təbii qaz Cənubi Qafqaz Boru Xətti ilə Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılmalıdır.
Layihədə Azərbaycan 58, BOTAŞ 30, bp isə 12 faiz paya malikdir. 






Fikirlər