Bakı və Abşeron yarımadasında yanvarın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTaym.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 2-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 12-13-də atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, çiskin, şərq rayonlarında isə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Fikirlər