Ramil Usubov Çevik Polis Alayına tapşırıq VERDİ

 

Ramil Usubov bu il Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərlə bağlı Çevik Polis Alayına tapşırıqlarını verib.
 
 AzerTaym.az-ın məlumatına görə, Əlahiddə Çevik Polis Alayında keçirilən əməliyyat müşavirəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, eyni zamanda, əməkdaşların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən öyrənilməsini tələb edib.
Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübəsi olduğunu xatırladan nazir cari ildə Bakı şəhərində "IV İslam Həmrəyliyi Oyunları” və "2017 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçiriləcəyini, bu və digər kütləvi, mədəni tədbirlər dövründə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb, bu qurumun xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi baxımından post-patrul naryadlarının daim ayıq-sayıq olmasının, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsinin, peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin zəruriliyini bildirib.






Fikirlər