26.07.2014- Kəlbəcər əsirinin məktubu gəldi - (Fotolar)

26.07.2014- Kəlbəcər əsirinin məktubu gəldi - (Fotolar)Ermənistan ordusu tərəfindən işğal olunan Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İlhamə Quliyevaya yazdığı məktubun mətni açıqlanıb.
Məlumata görə, məktub bu gün - iyulun 26-da saat 17:00 radələrində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisi tərəfindən Şahbazın bacısı İlhamə Quliyevaya verilib.

Şahbaz Quliyev məktubunda yazır:
"Mənim vəziyyətim yaxşıdır, bacı. Hamınız üçün darıxıram. Mənim qızım amanatı. Hələlik sağ olun. Öpürəm hamınızı".

Qeyd edək ki, BQXK-nin Xankəndi ofisinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Şahbaz Quliyevlə görüş keçirilib.
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova adıçəkilən şəxslərin ailələrinə məktub yazdıqlarını bildirmişdi.


ANS


26.07.2014- Kəlbəcər əsirinin məktubu gəldi - (Fotolar)
26.07.2014- Kəlbəcər əsirinin məktubu gəldi - (Fotolar)






Fikirlər