İrəvan və havadarları şokda – Bakıdan prinsipial QƏRAR...

İrəvan və havadarları şokda – Bakıdan prinsipial qərar... \

“Üçlü vətəndaşlığı” olan cinayətkarın işində kritik gəlişmə; Lapşinin Azərbaycana verilməsi qətiləşir - yəhudi blogger ekstradisiyanın bir addımlığındadır; İsrailin nüfuzlu nəşri cinayətkarın Bakıya gətirilməsi üçün artıq Minskə təyyarə göndərdildiyini də yazıb; sayılı günlər qalır... 

 

İşğal altındakı Dağlıq Qarabağa qanunsuz səfərlər edib, separatçı rejimi təbliğ etdiyi və onu “müstəqil dövlət” adlandırdığı üçün Azərbaycanın qanuni sorğusu əsasında Belarusda saxlanılan yəhudu bloqqer, üçlü vətəndaşlığa (İsrail, Rusiya, Ukrayna) malik Aleksandr Lapşnin işi yekunlaşmaq üzrədir. Xəbər verildiyi kimi, yanvarın 26-da Minsk Şəhər Məhkəməsi onun Belarus Baş Prokurorluğu tərəfindən Bakıya ekstradisiyası haqda qərarından verdiyi apelyasiya şikayətini təmin etməyib.
Bu, o deməkdir ki, A.Lapşin ölkəmizə ekstradisiyanın bir addımlığındadır. Niyə bir addımlıqda?
Ona görə ki, formal olaraq, 10 gün müddətində onun ən son instansiyaya - Belarus Ali Məhkəməsinə də apelyasiya şikayəti vermək hüququ var. Ancaq artıq aydındır ki, Belarus rəhbərliyi bloqqeri Azərbaycana təhvil verməkdə qətiyyətlidir. Əgər bundan vaz keçmək istəsəydi, vaxtı uzatmaz, elə Minsk Şəhər Məhkəməsinin qərarı ilə bunu edərdi. Deməli, rəsmi Bakı və Minsk məsələdə sonadək getməkdə qərarlıdır.
Image result for Lapşin
Yada salaq ki, ötən ay bloqqer Belarusda saxlandıqdan sonra İsrail XİN-i məsələ ilə bağlı dərhal hərəkətə keçmiş, Bakıya təsir və təzyiq etmək üçün hətta Rusiya xarici işlər naziri Sergey Lavrov açıq şəkildə, bir qədər də ultimativ tonda Lapşinin Azərbaycana təhvil verilməsinin əleyhinə çıxmışdı. Eyni zamanda bloqqer və anası bağışlanmaq üçün Azərbaycan prezidenti İlham Əliyevə yazılı müraciət etmişdi...
***
Bu arada İsrailin nüfuzlu “Haaretz” qəzeti diplomatların Lapşinin ekstradisiyası ilə bağlı rəsmi Bakıya əngəl olmaq cəhdlərinin hələlik nəticə vermədiyini, əməkdaşlıq davam etdirilsə də nəyəsə nail olunacağına artıq inanmadıqlarını yazıb (virtualaz.org). Nəşrin bildirdiyinə görə, hətta İsrailin Moskvadakı səfiri Gary Koren Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb, Moskvanın Bakıya təsir göstərməsini istəyibmiş.
 
Image result for Sergey Ryabkov
Lakin bütün bunlara baxmayaraq, yanvarın 18-də Belarusun baş prokurorunun müavini A.Lapşinin ekstradisiyası haqda sərəncam imzalayıb. Bloqqerin vəkili də sərəncama etirazını bildirərək, məhkəməyə müraciət edib. Minsk Şəhər Məhkəməsinin qərarı isə artıq bəllidir. Bunun ardınca Belarusun Ali Məhkəməsinə müraciət göndərilib. Ali Məhkəmə məsələyə fevralın 4-də baxacaq.
“Haaretz” qəzeti isə İsrail rəsmilərinə istinad edərək, bloqqeri Bakıya aparacaq təyyarənin artıq Minskə endiyini yazıb. Beləcə, son günlərədək nikbin olan İsrail rəsmiləri indi başqa ovqatdadırlar. Onlar ümid edirdilər ki, Lapşinin Azərbaycan prezidentindən yazılı üzr istəməsi kifayət edəcək ki, məsələ bağlansın. Ancaq göründüyü kimi, Bakı məsələyə gözlənildiyindən də prinsipial yanaşır, “Haaretz”in bir İsrail rəsmisindən aldığı bilgiyə görə, hətta Bakı təklifi rədd edib. 
Xatırladaq ki, Azərbaycana təhvil verilərsə, Lapşini 8 ilə qədər həbs cəzası gözləyir. Yəhudi bloqqerin sonrakı taleyinin necə olacağı hələlik dəqiq bilinmir. Onun İlham Əliyev tərəfindən bağışlanması istisna deyil. Ancaq iş ondadır ki, Azərbaycanda əfv prosedurunun öz qaydaları var. Öncə Lapşinə məhkəmə cəzası kəsilməli və ardınca məhkəmə qərarı qanuni qüvvəyə minməlidir. Bundan ötrü isə vaxt lazımdır.
***
Image result for Qarabağ
A.Lapşinin Azərbaycana ekstradisiyasından isə təbii ki, ən çox Ermənistan təlaş keçirir. Bu da məntiqlidir. Lapşin Bakıya gətirilsə və daha sonra əfv edilsə belə, bu, İrəvanın Qarabağ təbliğatına sanballı zərbə olacaq, Qarabağa bundan sonra qanunsuz səfər etmək istəyən başqa xarici vətəndaşlar üçün çəkindirici presedentə çevriləcək. Həm də münaqişə tarixində Azərbaycanın xeyrinə ilk belə presedent olacaq. Bu mənada Ermənistan və erməni lobbisinin A. Lapşin ətrafında beynəlxalq səviyyədə israrla yaratmaq istədikləri, Azərbaycanı şantaj etməyə yönəlik hay-küy iflas olmuş sayıla bilər.
Image result for MDB ölkələri
Erməni tərəfini bu xüsusda təlaşlandıran həm də odur ki, Azərbaycan dost-müttəfiq olan digər MDB və qeyri-MDB ölkələri (Qazaxıstan, Qırğızıstan, Ukrayna, Özbəkistan, Türkiyə və s.) də  Azərbaycanın sorğusu əsasında bənzər qərarlar verə bilər. Rusiya Ermənistanın yiyəsi olduğu üçün yəqin ki, bu sırada istisnadır. Lavrovun Lapşinə dəstəyi buna şübhə yeri qoymadı. Yeri gəlmişkən, yəhudi bloggerin Bakıya verilməsi həm də Rusiya XİN başçısının pərt edilməsi, Lavrovun sözünün saya salınmaması anlamına gələcək ki, bu da az əhəmiyyət daşımır və Azərbaycan dövlətinin öz qürurunu, ərazi bütövlüyünü hər şeydən üstün tutduğunu göstərir.
Bundan əlavə, insident son illər işğal altındakı Azərbaycan ərazilərində turizmi inkişaf etdirmək istəyən Ermənistana ciddi zərbə olardı. Məhz bu səbəbdən rəsmi Bakı məsələyə milli təhlükəsizlik maraqları çərçivəsində baxır və İsraillə möhkəm tərəfdaşlıq münasibətlərinə rəğmən, bu ölkənin bloqqerinin təqib olunmasını dayandırmaq barədə israrlı xahişlərini yerinə yetirmir.
Təkrar edirik, Azərbaycan üçün bloggerin Bakıya ekstradisiyası onu gözləyən cəza müddətini çəkməsə belə, çox mühümdür. Rəsmi Bakı bu ekstradisiyaya nail olduqdan sonra bloggerin barəsində əfv qərarı çıxarıb onu İsrailə təhvil də verə bilər ki, bu da Azərbaycanın məsələdə qazandığı siyasi-təbliğati dividentlərə kölgə salmayacaq.

 






Fikirlər