Trampdan ermənilərə TƏRS ŞİLLƏ

Trampdan ermənilərə TƏRS ŞİLLƏ

ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı fərmanlar imzaladıqdan sonra bu ölkədə yaşayan bir sıra erməni hava limanında saxlanılıb.


Publika.az
 xəbər verir ki, Amerika erməni milli komitəsinin (ANCA) müraciətində ABŞ-dakı ermənilərin vəziyyətinin yaxşı olmadığı məlum olur.


“ABŞ hava limanlarında saxlanılan, yaxud ölkəyə təkrar giriş zaman problemlərlə qarşılaşan ermənilər bizə müraciət etsin”, - deyə komitə bəyanat yayıb.

Qeyd edək ki, D.Trampın fərmanı ilə Suriya, İraq, İran, Somali, Sudan, Liviya və Yəməndən gələnlərin ABŞ-a girişi qadağan edilib. Fərmana görə, milliyyətindən asılı olmayaraq, bu ölkələrdən gələn şəxslər geri qaytarılır.

Erməni komitəsi isə bu ölkələrdən gələn ermənilərə dəstək göstərəcəyini bəyan edib.






Fikirlər