Ələ keçən yadplanetli sorğu-sual edildi – ŞOK video
Yutub paylaşım kanalında ələ keçmiş yadplanetli olduğu iddia edilən birinin sorğu-suala çəkldiyini əks etdirən videonun 1964-cü ildə Amerikanın Nevada əyalətində yerləşən gizli araşdırma bazası sayılan 51-ci bölgədə çəkildiyi bildirilir. Axar.az xəbər verir ki, məxfi qrifli görüntünün 2011-ci ildə 51-ci bölgənin keçmiş işçisi tərəfindən oğurlandığı deyilir. İddiaya görə, EBE-3 adlandırılan yadplanetlini “Mavi kitab layihəsi”ndə çalışan şəxslər sorğu-sual edir. Videoda edilən söhbətlərdən bir qismini təqdim edirik: - Planetini, yaxud kökünü söylə?.. - Yer. - Dünən bizə buraya gəlmək üçün minlərlə işıq ili qət etdiyini dedin. - Hə. - Bizə doğrunu de, yoxsa… - Doğrunu deyirəm. Mən Yerdənəm. Gələcəyinizdən gəlirəm. Zamanda səyahət eləmək, kosmosda səyahət eləməkdir. Məkan ayrılığını bərabərləşdirərək. - Yəni, gələcəkdə bizi kosmoslular işğal edəcək? - Xeyr. - Elə isə, sən bir insansan… - Təkamül keçirmiş nəvənizəm. - Yəni, sən bizdən təkmilləşmisən? - Hə. - Yaxşı, bəs indi burada nə edirsən? - Müşahidə edirəm. Çünki bütün sübutlar yox oldu. - Necə yox oldu? - Nüvə… müharibəsi. Az sayda xilas olanlar oldu. Bizim atalarımız. - Yaxşı. İndi sənin dövrünə diqqətimizi cəmləyək. - Mənim dövrümdəki ixtiraları anlamaz, yaxud qəbul edə bilməzsiniz. - Yoxla məni. - Kainatın qaynağının, “həyat” adlandırılan anlayışın yaradılışının nə olduğunu bilirik. - Yəni, həyatın mənasını bilirsiniz? - Mənasını deyil, yaradılışını. - Fərqi nədir? - Anlam nisbi bir şeydir. Yaradılış isə obyektiv gerçəklik. - Yəni, sən kainatın necə yaradıldığını bilirsən? - Hə. - Yəni, Tanrını görmüsən? - Batil inanclara olan ehtiyacımızdan təkamül keçirdik. Tanrıya və digər miflərə olan ehtiyacımızdan… - Yaxşı, aydınlaşdır bizi. Öləndə bizə nə olacaq? - İnsan ölümü beynində yaradır. Ölüm deyə bir anlayış yoxdur. Həyat adlandırılan şeyin hər anını təcrübədən keçirəcəksən. Sən, mən, o… Hamımız eyni canlının mərhələləriyik. Söhbətin ardını bilmək üçün videonu izləyə bilərsiniz: