Kənd təsərrüfatı naziri Hacıqabulda vətəndaşlarla GÖRÜŞƏCƏK
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 24-də Hacıqabul rayonu Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Biləsuvar, Salyan, Hacıqabul və Neftçala rayonlarının sakinləri ilə görüşəcək. Nazirlikdən AzerTaym.az-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Hacıqabul rayon Kənd Təsərrüfatı İdarəsinə (050-305-18-18) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.