“Eldar Mahmudov prosesdən qalib çıxdı”- "Akula Akif"dən Bakıya MESAJ
Eldar Mahmudovun “işverəni” kimi tanınan “Akula Akif” ləqəbli (əslində ona MTN-də “Kilkə Akif” ayaması verilib-red.) Akif Mustafayev Bakıdakı yaxınlarına mesaj göndərib. Hazırda “MTN işi” çərçivəsində axtarışa verilən və İspaniyaya sığınan Akif Mustafayev MTN generallarının məhkəmə prosesindən sonra Azərbaycana dönəcəyini deyib. Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, Akif Mustafayev Eldar Mahmudovun bu prosesdən qalib çıxdığını deyərək, əlavə edib ki, məhkəmələr başa çatandan sonra fərqli situasiya yaranacaq. O, tezliklə ölkəyə gələcəyini və borclu olduğu şəxslərlə hesablaşacağını da deyib. Qeyd edək ki, Akif Mustafayev MTN işi ilə əlaqədər olaraq, Baş Prokurorluq tərəfindən axtarışa verilib. O, həmçinin, “İnterpol” tərəfindən də axtarılır. Akif Mustafayevin Azərbaycana gəlməsi barədə iddiası isə blefdir. Görünür bununla o, pul borclu olduğu insanları yola vermək istəyir. Bununla belə onun, “Eldar Mahmudov prosesdən qalib çıxdı” fikirləri isə düşündürücüdür. Doğrudan da necə ola bilər ki, tabeçiliyində olan 20 nəfər vəzifə cinayətlərinə görə həbsə atılır amma bu adam əlini-qolunu sallayıb, gəzir. Təsəvvür edin, mütəşəkkil cinayətkar dəstə ifşa olunur amma bu dəstənin başçısına toxunulmur.