Məşhur milyarderlərin avtomobilləri - FOTOLAR
AzerTaym.az dünyanın ən məşhur 5 milyarderinin avtomobilini təqdim edir: 1. Karlos Slim Maddi vəziyyəti: 49,7 milyard dollar
2. Bill Qeyts Maddi vəziyyəti: 84,5 milyard dollar
“Microsoft” şirkətinin yaradıcısı “Porsche 959 Coupe” avtomobilini idarə edir. Bu avtomobilin 230 modeli yaradılıb. Onlardan hər birinin dəyəri 200 000 dollardır. 3. Mark Zukerberg Maddi vəziyyəti: 54,6 milyard dollar
“Facebook” sosial şəbəkəsinin yaradıcısı və Baş direktoru 2014-cü ildə köhnə “Honda Accord” markalı avtomobili satıb və mexaniki sürət qutusu ilə idarə olunan yeni “Volkswagen GTI” markalı avtomobili alıb. Avtomobilin dəyəri 30000 dollardır. 4. İngvar Kamprad Maddi vəziyyəti: 39,3 milyard dollar
“Business insider”in məlumatına əsasən, əgər “İkea” yaradıcısının “Volvo 240” markalı avtomobili satılsa, o təxminən 1500 dollar dəyərində ola bilər. 5. Larri Ellison Maddi vəziyyəti: 50,3 milyard dollar
“Oracle” proqram təminatının yaradıcısı “F1 McLaren” avtomobilinin sahibidir. Bu avtomobilin istehsalı 1998-ci ildə dayandırılıb. Ümumilikdə, 106 belə avtomobil istehsal olunub. 100 km/saat sürətini cəmi 3,2 saniyəyə yığa bilən avtomobilin hazırkı dəyəri 4,1 milyon dollardır. aznews.az