Firuzə İbadova torpağını əlindən alan deputata "ZİBİL" DEDİ

Tanınmış müğənni, əməkdar artist Firuzə İbadova ilə qalmaqallı deputat, Rusiyadakı soydaşlarımıza "otxod” deməsi ilə gündəmə gəlmiş Astan Şahverdiyevin torpaq davası yenidən gündəmə gəlib.

 AzerTaym.az  xəbər verir ki, Firuzə İbadova bildirib ki, bu məsələdən əl çəkməyəcək, sona kimi haqqı uğrunda mübarizə aparacaq:
"Astan Şahverdiyev kimdir axı? Bilən yox idi ki, Astan adında deputat var, ya yox... Mənim üçün onun kimi deputatlar zibildirlər. Doğru, düzgün insan heç vaxt əyri yollara baş vurmaz. Düzgün adamlar əxlaqında, mədəniyyətində düz olur. 
Astan Şahverdiyevin arvadının ünvanıma dediyi şər və böhtanlar mənə ağır gəldi. Deputatın arvadı dedi ki, Firuzə eşidib ki, Astan deputatdır, bizdən pul qoparmaq üçün başlayıb şantaja. Buradan onun arvadına səslənirəm, mənə sənin çirkli pulların lazım deyil. 47 ildir ki, məni Azərbaycan xalqı dolandırır. Sizin pulunuzu neynirəm, ay yazıqlar?! Mənim sizə yazığım gəlir. Gəlin, vaxtında halallıq alın, sonra pis olacaq. Mən səhnədə olanda Astan yox idi. Gəlsin, çıxaq küçəyə, görək xalq onu tanıyır, yoxsa məni? Çox səmimi deyirəm, parlamentdə belə insanlar oturduğu üçün çox üzüldüm. Halbuki, parlamentdə Astan Şahverdiyev kimi deputatlar oturmamalıdır. Orada xalqın pozulmuş hüququnun mübarizəsini aparan ziyalı insanlar oturmalıdır. Tərbiyəsiz, səviyyəsiz Astan Şahverdiyev kimi deputat heç kimə lazım deyil. Buradan firuzəsevərlərə səslənirəm, üzülməyin, heç nə olmayıb, sonda qələbə mənimlədir. Astan, sən səhv yoldasan, o bağı mənim əlimdən kimsə ala bilməz. Böyük səhv etdin! Əvvəl Allah, sonra prezident. Ölkənin böyüyü var. Mən də prezidentimdən kömək istəyirəm”. (aznews.az)
Sonda qısa olaraq qeyd edək ki, əməkdar artist qonşuluqda yaşayan polis əməkdaşına inanaraq, ona 15-16 sotluq torpağının 4,8 sotunu nisyə satıb. Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt əməkdar artist öyrənib ki o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş.//big






Fikirlər