Alim Qasımovun ailəsində DƏHŞƏTLİ HADİSƏ: oğlunun... - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Alim Qasımovun ailəsində DƏHŞƏTLİ HADİSƏ: oğlunun... - TƏFƏRRÜAT (YENİLƏNDİ)

“Əsassız məlumatı kimin yaydığını bilmirəm. Alim bəyin oğlunun başına gələn hadisə ilə bağlı xəbərlər yalan-dolandır.

Bunu yazmaqla reyitinq qazanan saytları başa düşmürəm. Alim müəllim oğluna görə, hazırda narahatdır. Hər kəsdən, xüsusilə mətbuat işçilərindən bu məsələdə həssas olmağı xahiş edirəm. Çünki Alim bəy heç bir zaman qalmaqallı xəbərlərlə gündəmə gəlməyib. Sözsüz ki, oğlunun adının baş verməmiş hadisədə hallanmasını istəməz. Odur ki, hər kəsdən bu məsələdə bir daha dönə-dönə duyarlı olmağı xahiş edirəm”.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımovun mətbuat katibi Səadət Möhübova deyib. O, bizə verdiyi açıqlamada bildirib ki, hadisə bəzi saytldarda yazıldığı kimi dava nəticəsində deyil, Qədir bəyin özünün karton sexində baş verib:

“Alim Qasımovun oğlu Qədir Qasımovun illərdir ki, özünün karton sexi var. O, özü də işçilərinə kömək edir. Bədbəxt hadisə də sexdə axşam saatlarında baş verib. Kartonu presləmək üçün olan xüsusi dəmirlərdən biri çıxaraq Qədir Qasımovun gözünə dəyib. Deyildiyi kimi dava-dalaş olsaydı, bədəninin digər nahiyələrində də xəsarət və yara izi olardı. Amma belə bir hal yoxdur. Sadəcə gözü pis zədələnib. İndi Bakıda özəl klinikalardan birində müalicə alır. Hazırda səhhəti normaldır, lakin ciddi həkim nəzarətindədir, ona tərpənməyə icazə verilmir. Bir neçə gündür ki, Alim Qasımovun ailəsi gərgin vəziyyətdə idi. Şükürlər olsun ki, həkimlər bizə ümidverici danışıb, yaranan fəsadlarını aradan götürə biləcəklər. İnşallah hər şey yaxşı olacaq”.

Xalq artistinin mətbuat katibi onu da əlavə edib ki, Qasımovlar ailəsi üçün ağır olan hadisələrdən ucuz xəbərlər düzəltmək doğru deyil. Daha sonra isə Səadət xanım Qədir Qasımovun müalicə üçün Türkiyəyə gedəcəyi xəbərini də yalanlayıb: “Həkimlər ona bir həftə yeriməyi qadağan edib və müəyyən keyitmə vasitələri verilib. İnşallah Allah dualarımızı eşidər”.

Xatırladaq ki, bir neçə saat əvvəl Alim Qasımovaun oğlunun gözünü çıxardılması ilə bağlı xəbərlər yayılıb. Mynews.az-a məlumat verib ki, hadisə Müşfiqabad qəsəbəsində baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, iyulun 8-i, axşam saatlarında yaxın qohumlarının toyaxşamına yığışan Qasımovlar ailəsində dəhşətli hadisə yaşanıb. Belə ki, qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən Qadir Qasımovu atasının əmisi nəvəsi gözündən vurub. Aldığı zərbə nəticəsində bir gözündən ciddi xəsarət aldığı bildirilir. Bəzi şahidlər də onu vuran şəxsin bıçaqla yaralandığını və azırda xəstəxanada olduğunu deyirlər.






Fikirlər