Türkiyə ilə İranın birgə mövqeyi Vaşinqtonda narahatlıqla izlənir – TƏHLİL
Sərdar Turqut “Habertürk”, Türkiyə, 19 avqust 2017-ci il Vaşinqtondakı mənbələr Suriyada yeni nizamın qurulması üçün çalışmaların davam etdiyini, üzərində düşünülən bu nizamın reallaşmasını çətinləşdirən başlıca amillərin “İdlib, Afrin və PYD/YPG-nin Suriyanın şimalında federativ bir kürd qurumu istəməsi” olduğunu söyləyirlər. Bu məsələlərdə necə bir həllin həyata keçiriləcəyinin hələ ortaya qoyulmadığını və bu problemlərin Türkiyənin razılığı alınmadan həll ediləməyəcəyini bildirən ABŞ hakimiyyətindəki səlahiyyətli şəxslər bu səbəblə Ankaradakı Rusiya və İran Baş Qəraragah rəislərinin təmaslarının diqqətlə izləndiyini ifadə ediblər. YPG-yə dəstək davam edəcəkmi? ABŞ-ın Ankaranı qarşısına alaraq YPG-yə verdiyi dəstəyin nə qədər davam edəcəyi mövzusunda Vaşinqtonda qeyri-müəyyənlik var. Burada çox aktiv olan YPG bürosunun adamları (başda İlham Əhməd olmaqla) hakimiyyətlə təmaslarında YPG-nin İŞİD-ə qarşı apardığı əməliyyatlar bitmədən, ABŞ-ın Afrin məsələsində bəzi konkret addımlar atmasını istəyirlər. Çünki İŞİD-ə qarşı aparılan əməliyyatın sonuna doğru ABŞ-ın bölgədəki gücünü azaldacağını və o zamana qədər Afrinə bir şeylər edilməzsə Türkiyənin güclü bir şəkildə dövriyyəyə girəcəyini söyləyirlər. Onlarla görüşən amerikalı mənbələr isə Afrinlə əlaqədar hər hansı addım atmanın rusların İdlib və Afrin haqqında nə planlaşdırıdığını və Türkiyə ilə bu mövzularda nə danışdıqlarını bilmədən öncə, imkansız olduğunu bildirirlər. Kəşfiyyat camiəsindən bəzi qaynaqlar rusların Türkiyə ilə birlikdə Afrinə qarşı İdlib formulunu da düşündüyünü, ancaq rusların Afrini Suriya mərkəzi hökumətinə ötürmə planlarının Ankarada son günlərdə olan təmaslardan sonra nə vəziyyətdə olduğunu hələlik görə bilmədiklərini vurğulayırlar. Kürd qurumu Rusiya ilə Suriyanın gələcəyini müəyyən edəcək konstitusiya çalışmaları aparan ABŞ-da federativ quruluş daxilində Rojova adlandırılan bölgədə kantonlardan ibarət bir qurum düşündüklərini açıqca söyləyirlər. Mən “Rusiya Suriyanın federativ quruluşa çevrilməsinə, yəni bölünməsinə razılıq verərmi?” – deyə soruşduğumda, amerikalı mənbələr, “Türkiyə kürd qurumu mövzusunda ruslara heç güvənməsin, çünki ruslar bizə burada bir kürd qurumunu dəstəkləyəcəklərinin siqnalını veriblər” – dedilər. Amerika hökumətinin müvafiq qurumları Dəməşqin federativ bir quruluş daxilində kürd qurumu fikrinə şiddətlə qarşı olduğunu və Türkiyənin sadəcə bu qurumu əngəlləmək üçün Dəməşqlə dialoq qapılarını açma ehtimalının mövcud olduğunu düşünürlər. Eyni mənbələr İran və Rusiyanın Ankara təmasları zamanı bu mövzunun da açılmış ola biləcəyini, hadisə çox yeni olduğundan onlara hələ ki dəqiq bir informasiya gəlmədiyini söyləyiblər. İran-Türkiyə ortaq hərəkat Suriyada kürd qurumuna və Şimali İraqda müstəqillik elanına qarşı olan Türkiyə ilə İranın bölgədə birlikdə mövqe tutmaları da Vaşinqtonda narahatlıqla izlənilir. Vaşinqtonda İsrailin də təsirilə İran mövzusunda qarşıdurmaya meylli bir baxış hakimdir. Türkiyənin bölgədə bəzi mövzularda İranla ortaq hərəkət etməsinin ABŞ-ın manevr sahələrini necə daralda biləcəyi də hesablanmağa başlayib. Bütün bunlar mövzu hələ çox istiykən, aldığım ilk məlumatlardı və hər mövzunun önümüzdəki günlərdə daha geniş müzakirə ediləcəyini söyləməliyəm… Tərcümə Strateq.az-ındır