SSRİ-nin ilk rəsmi milyonçusu vəfat etdi
Bu barədə lent.az-a mərhumun yaxınları məlumat veriblər. Məlumata görə, keçmiş milyonçu dünən dünyasını dəyişib. Son aylarda onun səhhətində ciddi problemlər vardı.
Cənnət Salman oğlu Əliyev 17 aprel, 1954-cü ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji, Xalq Təssərrüfatı İnstitutunu, habelə Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovskda polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlayaraq, qısa müddətdə uğur qazanıb və SSRİ-nin ilk milyonçusu kimi tanınıb.
1994-cü ildə Kalmıkiya prezidenti Kirsan İlumijanovun Yaxın Şərq və ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Bir çox ərəb ölkələrində səfərlərdə və Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətlərinin yüksək mənsəbli nümayəndələri ilə görüşləri olub.
1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.