Türkiyənin məşhur teleaparıcısı QƏTLƏ YETİRİLİB
Türkiyədə məşhur televiziya aparıcısı qətlə yetirilib. İstanbulun Beşiktaş rayonu ərazisindəki məşhur otellərdən birində odlu silah yarası almış 1 qadın və 1 kişi meyiti aşkar edilib. Öldürülən kişinin tanınmış teleaparıcı Vatan Şaşmaz olduğu məlum olub. İlkin məlumata görə qadın Vatan Şaşmazı öldürdükdən sonra başına atəş açaraq intihar edib. İntihar edən qadının keçmiş maneken Filiz Aker olduğu məlum olub. Vatan Şaşmaz və onu qətlə yetirən Filiz Akerlə olan fotosunu təqdim edirik. AzerTaym.az