Çingiz Abdullayev Hacıbala Abutalıbovu QINADI: “Xaricdə camaat BİZƏ GÜLÜR!”
Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Bakı meri Hacıbala Abutalıbovun dünən qapatdığı “26” adlı (“Twenty Six”) kafesi ilə bağlı qalmaqala münasibət bildirib. Məşhur yazıçı həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərlərinə aiddiyyatı olmadığını vurğulayıb. Çingiz Abdullayev özünün “Facebook” səhifəsində qeyd edib ki, Yazıçılar Birliyinin rəhbərliyindən heç kimin “26” kafesinə aidiyyatı yoxdur. Çingiz Abdullayev məsələnin qalmaqal səviyyəsinə çatdırılmasından narazılıq edib: Kafe qapadılarkən Hacıbala Abutalıbov bildirib ki, "26" adı təsadüfi seçilməyib və bu, azərbaycanlılara qarşı soyqrımı təşkil etmiş qatil Şaumyan başda olmaqla, 26 Bakı Bakı komissarları ilə bağlıdır. Yayılan xəbərlərdə “26” adlı kafenin sahibinin Bakı Dövlət Universitetinin Hüquq fakultəsində çalışan, professor Ərəstun Qasımov olduğu bildirilir. AzerTaym.az
“Şadlıq evi və ya restoran açmağı özünə başqa cür gəlirləri olan insanlar rəva görə bilər. 26 rəqəmi bizim bəzi məmurları xoflandırıb! Amma bu restoran artıq neçə ildir ki, fəaliyyət göstərir!”.
Ç.Abdullayevin sözlərinə görə, cümə axşamı günü tarixçilərdən biri həmin rəqəmə irad tutub və bir gün sonra restoranın sahibinə təklif edilib ki, “26” adını dəyişsin. O da razılaşıb.
“Kafe sahibi bildirib ki, onun maşınının nömrəsi də “26” ilə bitir və bu tarix özünün ad günü ilə bağlıdır. Lakin həmin rəqəm əgər açılışdan illər keçdikdən sonra bu cür mənfi assosiasiya doğurubsa, adı dəyişmək ən yaxşı çıxış yoludur”.
“Sonradan baş verənləri bütün dünya bilir! Çoxmilyonluq şəhərin meri polis zabitləri ilə gəlir, kafeni bağlayır və mebeli oradan çıxarmağa başlayır. Deyirlər, bu oğlanı tutacaqlar? Maraqlıdır, hansı maddəyə əsasən? Məhkəmənin qərarı olmadan özəl sahibkarın mebelini necə sındırıb müsadirə etmək olar? Onu necə tutmaq olar?”.
Yazıçılar Birliyinin katibi onu da əlavə edib ki, artıq xaricdə - İsraildə, Amerikada, Rusiyada camaat bu olaya gülür.
“İsraildə, Amerikada, Rusiyada camaat bu hadisəıyə gülür. Bütün ayyın 26-da anadan olanlara doğum tarixini dəyişməyi, maşınlarda, avtobuslarda 26 rəqəmini əvəz etməyi təklif edirlər. Ardını şərh etməyəcəyəm. Yoxsa olaya aludə olaram!”,-deyə o, qnıağını açıq ifadə edib.
Xatırladaq ki, ötən gün Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe bağlanıb. Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlib.
"Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26" adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq", -deyə Bakı meri bəyan edib.